“Bornmut” “Barselona”dan futbolçu transfer etdi – FOTO

İngiltərənin “Bornmut” klubu müdafiə xəttini gücləndirmək üçün İspaniyadan futbolçu ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa klubu “Barselona”dan 23 yaşlı sağ cinah müdafiəçisi Xulian Araxuo ilə razılıq əldə edib. İngiltərə təmsilçisi bu transfer üçün Kataloniya klubuna 10 milyon avro ödəyib. Meksikalı futbolçu ötən mövsümü icarə əsasında “Las Palmas”da çıxış edib. O, burada meydanda olduğu 28 oyunda 2 dəfə rəqib qapılara yol tapıb.