Bordin özünə iş tapdı

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Albaniyada “Elbasani”yə baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bordin 2018-2020-ci illərdə “Neftçi”yə rəhbərlik edib. “Ağ-qaralar” onun başçılığı altında 54 oyunda 30 qələbə qazanıb, 11 dəfə uduzub.