“Aston Villa” futbolçusu Con Duranın müqaviləsini uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı kolumbiyalı yarımmüdafiəçi ilə müddəti 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb.
Duran bu mövsüm komandanın bombardiridir. O, 10 oyunda 6 qol vurub.