İspaniya La Liqasında ötən mövsümün bombardiri olan ukraynalı hücumçu Artem Dovbik mükafatına qovuşub.
Futbolpress.az xəbər verir ki, “Jirona” ilə çempionatda 24 qolla zirvədə yer alan forvard “Marca” nəşri tərəfindən “Piçiçi Trofi” mükafatına layiq görülüb.
Dovbik ötən mövsümün sonunda “Jirona”dan “Roma”ya keçib.