“Bolonya”nın futbolçusu Niderland millisinə çağırıldı

Niderland millisinin Avrvo-2024 üçün heyətinə yeni oyunçu çağırılıb.

Futbolpress.az xəbər verir ki, zədələnən Teun Koopmeynersin yerinə yığmaya “Bolonya”dan Coşua Zirkze dəvət alıb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

Niderland millisi D qrupunda Fransa, Polşa və Avstriya ilə mübarizə aparacaq.