Bölgə klubunda yeni hücumçu

Transfer çalışmalarını davam etdirən “Zaqatala” heyətini yerli hücumçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi Asim Babazadəni transfer edib. Daha öncə də (2015-2018) bölgə təmsilçisində çıxış etmiş hücumçu ilə bir illik müqavilə imzalanıb.

“Zaqatala” I Liqada 2023/24 mövsümünü 10 komanda arasında 31 xalla 7-ci sırada başa vurub.