Bölgə təmsilçisində yeni baş məşqçi

“Araz Saatlı” Futbol Klubunda boş qalan baş məşqçi postuna yeni təyinat reallaşıb.

Futbolpress.az xəbər verir ki,  “A” kateqoriyalı mütəxəssis Asim İbrahimovla növbəti mövsümün sonuna qədər müqavilə bağlayıb.

Qeyd edək ki, Asim İbrahimov əvvəllər MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, həmçinin, Ukrayna, Türkiyə və son olaraq Moldova klublarında da məşqçilik edib.