Bölgə klubunun stadion problemi həll olunur – təmir işləri başlayacaq (ÖZƏL)

Yaxın vaxtlarda Lerik şəhər stadionunda təmir işlərinə başlanılacaq.

“FutbolPress”in əldə etdiyi məlumata görə, ilkin mərhələdə stadionun ot örtüyü yenilənəcək, tribunalarda bərpa işləri aparılacaq.

Təmir-bərpa işləri Gənclər və İdman Nazirliyinin Ehtiyat Fondundan ayrılan maliyyə vəsaiti əsasında baş tutacaq.

II Liqada mübarizə aparan “Lerik” klubu bu günə qədər ev oyunlarını Lənkəran OİK-nin stadionunda keçirirdi. Komanda 14 kollektiv arasında mövsümü 23 xalla 11-ci sırada başa vurub.

Məlik Məlikov