“Neftçi”dən ayrılan Miodraq Bojoviç Rusiya mətbuatına açıqlama verib.
Futbolpress.az “sport24.ru”ya istinadən xəbər verir ki, mütəxəssis təklif gözlədiyini açıqlayıb:
“Neftçi” ilə yeni mövsümdə işləməklə bağlı razılığa gələ bilmədik. Çempionat yeni başa çatıb və indi ailəmlə tətildəyəm. Ona görə də təkliflərə sonra baxacağam. İstənilən variantı nəzərdən keçirəcək. Hər yerdə işləməyə hazıram”.
Bojoviç bu ilin yanvarından yayına qədər “Neftçi”yə rəhbərlik edib. “Ağ-qaralar” Premyer Liqanı beşinci sırada bitirib və Bojoviçlə yollar ayrılıb.