Bleker Bayıldakı mübahisəli qərarları şərh etdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının XIII turunun “Səbail” – “Turan Tovuz” oyunundakı (1:1) mübahisəli epizodları şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qonaqların qazandığı penaltinin və ləğv edilən qolun düzgün qərar olduğunu deyib:

“Səbail” komandasının 20 nömrəli oyunçusu (Mert Çelik) topu cərimə meydançasından uzaqlaşdırır. O, yerə enərkən “Turan Tovuz”un 7 nömrəli oyunçusunun (İsmayıl Zülfüqarlı) ayağını tapdalayır və Zülfüqarlı yerə yıxılır. Hakim penalti təyin edir. “Səbail”in müdafiəçisi rəqibin ayağına qəsdən təmas etməsə də, hakimin bu qayda pozuntusunu penalti ilə cəzalandırması doğrudur.

“Turan Tovuz”un 9 nömrəli oyunçusu (Kristian da Silva) penalti zərbəsini yerinə yetirir və topu dirəyə vurur. Top meydana qayıdır və “Turan Tovuz”un 11 nömrəli oyunçusu (Ayxan Quseynov) topu birbaşa qapıya vurur. Hakim bu qolu təsdiqləyir və VAR penalti zərbəsini yoxlayır. VAR görür ki, 11 nömrəli oyunçu zərbə zamanı təyin olunmuş məsafəyə riayət etmir (qayda pozuntusu) və mövqeyindən üstünlük qazanaraq müdaxilə edir. Oyun Qaydalarına 2024-cü ildə edilmiş dəyişikliklərə əsasən, qol ləğv edilməli və oyun sərbəst zərbə ilə bərpa olunmalıdır. Hakimin və VAR-ın yekun qərarı doğrudur”.