“Biz hər şeyi başa düşürük, axmaq deyilik”

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden komandasının bu mövsüm çempionluq şanslarını dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, ingiltərəli oyunçu çempionluq şanslarının bitdiyini etiraf edib. O, həmçinin ilk “4-lük” uğrunda mübarizə araraq, Çempionlar Liqasına vəsiqə qazanmağı hədəflədiklərini də gizlətməyib:

“Çempionluq? Bəli, yəqin ki, artıq keçmişdir, hamısı budur. Biz hər şeyi başa düşürük, axmaq deyilik. Ona görə də biz ilk “4-lüy”ə, daha sonra isə təbii ki, Çempionlar Liqasını hədəfləməliyik. Deməli, mövsüm bitməyib.Amma realist olmalıyıq, elə deyilmi? Oyunumuz oraya qalxmaq üçün kifayət qədər yaxşı deyildi. İlk dördlük hələlik hədəfimizdir, sonra digər turnirlərdə harda ola biləcəyimizi görəcəyik”.

“Şəhərlilər” 21 turdan sonra aktivlərindəki 35 xalla Premyer Liqanın 6-cı pilləsində qərarlaşıb.