Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş təyin edilib.
Yığmanın sabiq futbolçusu Ceyhun Sultanov “FutbolPress“ə açıqlamasında portuqaliyalının təyinatı haqda fikirlərini bölüşdü:
“Təcrübəli məşqçidir, amma uğurlu olub-olmayacağını deyə bilmərəm. Mənimçün yaşı çoxdur. Təcrübəsi var. Məncə, bizə daha dinamik məşqçi lazımdır. Yaşlı məşqçilərdən çəkinmək lazımdır. Baxın, harda yaşlı mütəxəssis varsa, uğur yoxdur. Getdikcə performansları, dinamikləri, enerjiləri aşağı düşür. 70 yaşlı biri bəzən qaçıb, bir hərəkət göstərmək istəsə, necə olacaq? İndidən çox şey demək olmur. Uğurlar arzu edirəm, başlasın, görək necə olacaq”.
Santoş daha əvvəl “Beşiktaş”, AEK, “Panatinaikos”, “Portu”, “Benfika”, “Eştrela” kimi klublarda və Portuqaliya, Yunanıstan, Polşa yığmalarında çalışıb. Mütəxəssis portuqallarla 2016-cı ildə Avropa çempionu olub.
Şahin Cəfərov