“Bizə işləmir deyənlər qərəzlidir” – Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində keçirilən “Qarabağ” – Turan Tovuz” (4:3) oyunundan sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Xal qazanmaq istəyirdik. Buna köklənmişdik. İlk hissədə qol epizodlarından yararlana bilmədik. İkinci hissəyə yaxşı başladıq. Qollar vurduq. Üzülürəm buraxdığımız qollara. Çatışmayan cəhət asan qollar buraxmağımızdır. Çox da qol vurmuşuq. Son oyunda azarkeşlərimizi sevindirməliyik. Son 4 tura qədər avrokubok mübarizəsi apardıq. Növbəti mövsüm üçün hazırlaşacağıq. İlk “6-lıq” uğrunda mübarizə aparırıq.

– 4-cü qoldan sonra gördük ki, hücumun əvvəlində qayda pozuntusu var idi…

– Oyundan sonra hakimlikdən danışıqda deyirlər məşqçi bəhanə axtarır. Hakimdən soruşuram, deyir Beladjinin top əlinə dəyib. Ondan əvvəl də epizod var idi. O qayda pozuntusundan sonra qol buraxmağımız pis oldu. II dövrədə hakimliyə görə çox xallar itirmişik. Böyümək üçün bunu da keçməliyik.

– Bu mövsüm hakimlikdən kifayyət qədər şikayət olub. Rəşad Sadıqov və s. şəxslər hakimliyi tənqid edib. Bəziləri hakimlərin klublara işlədiyini bildiriblər…

– Bu ağır olar. Amma görsənən odur ki, bu yükü daşıya bilmirlər. Hamıya aid deyil, yaxşı hakimlərimiz var. Onlar da inkişaf etməlidir. Yükü daşıya biləcək hakimlər azdır. Çempionatda klub sayının artırılmamasının bir səbəb də hakim çatışmazlığı olub.

Neçə nəfər gedəcək komandadan?

– Ötən mövsümdən dəyişiklik edirik. Keçən il hansı situasiyalardan keçdik, klub daxilindəkilər bilər. Ötən il orta sıralarda olduq. Bu il də belə idi. Bu futbolçularla yaxşı oyunlar keçirdik. Əksiklərimiz oldu. Bundan dərs götürdük. Böyük klub qurmaq istəyirik. Buna görə də düzgün seleksiya olmalıdır. Çalışacağıq 5-6 oyunçu transfer edək. Sonda fikirləşəcəm kimin gedəcəyin. Bu gün bir futbolçu var idi ki, fikrimi  müsbət yöndə dəyişdi. Amma gedən və gələnlər olacaq.

– Fərid, İsmayıl komandanı mövsümün sonunda tərk edə bilər...

– Bizi düşündürən budur. Yerli futbolçu qıtlığı var. Yerli futbolçu baxımından digər klublara uduzuruq. Həmin rəqabəti udmaq üçün gərək 3-4 il medalçılar sırasına düşək. Fəridin istedadı var. Amma zədəsi imkan vermədi. İsmayıl da bu gün xəstə idi. Onları komandada istəyirik. “Neftçi” ilə danışıqlar aparacağıq. Gələcəkdə öz yetirməmizin olmasını istərdim.

Niderlandda  görüdüklərinizi tətbiq etməyə nə qədər hazırıq?

– Orada hər klubun öz fəlsəfəsi var. Ondan kənara çıxmırlar. Əsas məqsədləri yetirmələrinin A komandada olmasıdır. Çalışırlar ki, akademiyadakı uşaqlar üzə çıxsın. Bizdə akademiyada oynayan uşaqlar nə qədər əsas komandaya çıxır? Bizim əsas meydança probemimiz var. Tək “Qəbələ”nin stadionları var. Biz isə bir stadionla keçinirik.

– De Souza sanki əvvəlki kimi çıxış etmir..

– O cavandır. 3 qol vurduqdan sonra onu çox böyütdük. Bəlkə də “Qarabağ” adının yükü ona oynamağa imkan vermədi. O bu gün komandamız üçün böyük oyunçudur.

Komandanın avrokuboklara vəsiqə qazanması üçün nə mane oldu?

– Bizim avrokuboklara düşə bilməməyimiz faciə deyil. 3 illik məqsəd daha iddialı olmaq idi. İlk növbədə özünüz günahkarıq. Daha sonra hakim səhvləri. Bundan başqa bəzi oyunlarda kritik xal itkiləri baş verdi. Zədələr bizə mane oldu. Təcrübəmiz çatmadı. Geniş heyətimiz olmalıdır. Keçən ilkindən yaxşıyıq. Demək ki, düz yoldayıq. Geniş danışmaq olar. Bu gün bizdən də təcrübəli, büdcəli klublar çətinlik çəkir. Kim deyə bilərdi ki, “Qəbələ” çempionatı tərk edəcək? Biz istəyirik ki, Premyer Liqada qalaq. Vaxt lazımdır. Bizə işləmir deyənlər qərəzlidir. Özünən güvənən gəlsin sübut eləsin ki, iş yoxdur, ondan sonra məşqçiliyi buraxacam. 

– AFFA bildirmişdi ki, Tovuzda öt örtüyünü dəyişməyə pul yoxdur. Amma Gəncəyə 3 milyon pul ayırmışdılar…

– Gəncənin akademiyası və məşq bazası yaxşıdır. Bizdə ilk iş idi deyə ola bilər. Biz bazalarda daha çox gözəlliyə önəm veririk. Ən vacib fitnes zalıdır. Biz fitnes zalını kiçik, yeməkxananı isə böyük edirik. Gəncənin bazası Tovuzda olsa, 5 ildən sonra milliyə yaxşı oyunçular verəcəyik.