Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarında 1/4 finala yüksəlib.
Futbolpress.az xəbər verir ki, 1/8 finalda kubalı Xulio Sezar La Krusa qalib gələn boksçu qələbəsini belə şərh edib:
“Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır”.