“Betis”dən “İnter”ə

“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “neradzurra” “Betis”dən Aleks Peresi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı müdafiəçi 2025-ci ilin yayına kimi “İnter”in formasını geyinəcək.

“Betis”in əvəzedici komandasında çıxış edən müdafiəçi ötən mövsümdə 7 oyuna çıxıb. “İnter” gələn yay oyunçunun transfer hüquqlarını ala bilər.