“Betis” rəhbərliyi komandanın baş məşqçisi Manuel Pelleqrini ilə bağlı qərar qəbul ediblər.
Futbolpress.az xəbər verir ki, La Liqa klubu 71 yaşlı mütəxəssislə müqavilənin daha bir mövsüm – 2027-ci ilə qədər uzadılmasını təklif etmək istəyir. Klub rəhbərliyi Pelleqrininə tam etibar edir.
Çilili mütəxəssis komandanı kifayət qədər uzun müddət – 2020-ci ilin avqustundan çalışdırır. Hazırda “Betis” İspaniya çempionatının turnir cədvəlində 9-cu yerdədir.