“Beşiktaş”ın yeni prezidenti açıqlandı

Türkiyə Super Liqası iştirakçısı “Beşiktaş”ın yeni prezidenti müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Serdar Adalı və Hüseyn Yücelin mübarizə apardığı seçkini, böyük fərqlə Serdar Adalı qazanaraq, “Beşiktaş”ın yeni prezidenti olub. Yeni klub rəhbərinin ilk açıqlaması belə olub:

“Mənimlə birlikdə gələn bütün “Beşiktaş”lı dostlarıma təşəkkür edirəm. “Beşiktaş”ımızı daha yaxşı günlərə daşıyacağımızın fərqindəyik. Bütün camiəni bir araya gətirəcəyik. Bu, “Beşiktaş”ın layiq olduğu günlərə çatmasının yeganə yoludur. Qazanan “Beşiktaş” azarkeşləri olacaq.”

Səslərin hesablanması başa çatmış 25 seçki qutusunun ümumi nəticəsi:

Serdar Adalı: 8.901
Hüseyin Yücel: 3.637