“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı Sərgən Yalçına tapşırılacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Ağ-qaralar”ın yeni prezidenti Sərdar Adalı türkiyəli mütəxəssislə razılaşıb və onunla 3,5 illik müqavilə imzalanacaq.
“Beşiktaş”a hazırda müvəqqəti Sərdar Topraktepe başçılıq edir.
Komanda Super Liqada 16 oyundan sonra 26 xalla 6-cı sıradadır.