UEFA Avropa Liqasının liqa mərhələsi çərçivəsində baş tutacaq “Beşiktaş” – “Makkabi Tel-Əviv” (İsrail) matçının Macarıstanın Debreçen şəhərində keçirilməsi qərara alınıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. Macarıstanın yerli hakimiyyət orqanları ilə “Beşiktaş” – “Makkabi Təl-Əviv” matçının tamaşaçılarla oynanılması ilə bağlı razılıq əldə olunsa da, Macarıstanın yerli hakimiyyət orqanları “Ayaks” (Hollandiya) – “Makkabi Təl-Əviv” matçında baş verən hadisələri əsas gətirərək, matçın tamaşaçısız keçirilməsinə qərar verib.
Qeyd edək ki, “Beşiktaş” – “Makkabi Tel-Əviv” görüşü noyabrın 28-də Macarıstanın Debreçen şəhərindəki “Nagyerdey” stadionunda keçiriləcək.