“Beşiktaş”ın İsrail klubu ilə oyununun məkanı dəyişdi

UEFA Avropa Liqasının Liqa mərhələsində V turda keçiriləcək “Beşiktaş” – “Makkabi” (Təl-Əviv, İsrail) oyununun məkanı dəyişdirilib.

Futbolpress.az xəbər verir ki, noyabrın 28-də baş tutacaq oyun əvvəlcədən planlaşdırıldığı kimi İstanbulda olmayacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Oyunun başqa ölkədə keçiriləcəyi gözlənilir.

Buna səbəb Türkiyə və İsrail arasında siyasi münasibətlərin yaxşı olmamasıdır.