“Beşiktaş”ın futbolçusu Rusiya yolunda – 25 milyonluq razılaşma

“Beşiktaş”ın futbolçusu Jedson Fernandeş karyerasını Rusiyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Moskva “Spartak”ına keçəcək. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xəbərdə tərəflərin artıq 25 milyon avro qarşılığında razılaşdığı bildirilib.

Jedson Rusiya klubunda illik 4 milyon avro qazanacaq.

26 yaşlı futbolçu bu mövsüm 33 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.