“Beşiktaş”ın futbolçusu Emrecan Uzunhan karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “Neftçi” ilə danışıqlar aparır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Emrecanın “ağ-qaralar”a keçmək ehtimalının yüksək olduğu bildirilib.
Emrehan ötən mövsüm “Beşiktaş”la Super Liqada 1 oyuna çıxıb.
Daha əvvəl “Neftçi”nin “Beşiktaş”ın digər oyunçusu Aydin Hasiçlə maraqlandığı iddia edilib.