“Beşiktaş” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Milot Raşitsa zədələnib.
Kosovo yığmasının Kiprə qarşı keçirdiyi oyunda (3:0) xəsarət alan futbolçu ilk hissədə əvəzlənib. Vingerin son durumu tibbi müayinədən sonra bilinəcək.
Milot bu mövsüm Super Liqada 7 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.