“Beşiktaş”ı məğlub edən məşqçi göndərildi

Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Sami Uğurlu ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Kasımpaşa” Super Liqada 11 turdan sonra 14 xalla 9-cu sıradadır. Komanda son turda “Beşiktaş”ı səfərdə 3:1 hesabıyla məğlub etmişdi.