“Beşiktaş”ın futbolçusu Jedson Fernandeş karyerasını Rusiyada davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, “Zenit” yarımmüdafiəçinin keçidi üçün Türkiyə klubu ilə anlaşıb. Bu barədə “A Bola” nəşri məlumat yayıb.
Rusiya təmsilçisi portuqaliyalı futbolçu üçün “Beşiktaş”a 18 milyon avro ödəyəcək. Klub futbolçu ilə illik 3 milyon avro maaşla müddəti 2028-ci ilin yayına kimi olan müqavilə imzalayacaq.
Fernandeş 2022-ci ildən “qara qartallar”da forma geyinir. O, 81 oyunda 6 qol vurub, 13 məhsuldar ötürmə edib.