“Qalatasaray” – “Fənərbağça” matçında “sülh”

Türkiyə Super Liqasında XXV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turun son matç günündə “Qalatasaray”la “Fənərbağça” qarşılaşıb. Mərkəzi oyun qolsuz “sülh”lə başa çatıb.

“Alanyaspor” ilə “Trabzonspor” 3 xalı 3 qolla qazanıb.

Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Samsunspor” doğma meydanda “Rizespor”a məğlub olub.

Turun ilk günündə 2 matç keçirilib. “Bodrumspor” evdə “Beşiktaş” isə səfərdə qələbəyə sevinib. “Qara qartal” bu qələbə sayəsində “Eyüpspor”u qabaqlayaraq, turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Türkiyə Super Liqası

XXV Tur

21 fevral

Bodrumspor – Hatayspor 1:0

Qol: G.Puskas, 41

Eyüpspor – Beşiktaş 1:3

Qollar: T.Bingöl, 1 – R.Silva, 18, M.Raşiça, 45+2, S.Kılıçsoy, 60

22 fevral

Sivasspor – Konyaspor 1:1

Qollar: E.Bassan, 8 – Y.Erdoğan, 13

Antalyaspor – Kasımpaşa 2:1

Qollar: S.Dikmen, 10, B.Samudio, 42 – H.Hayradinoviç, 90+5 (pen.)

Samsunspor – Rizespor 2:3

Qollar: S.Akaydın, 23 (avtoqol), E.Kilinç, 41 – L.Satka, 52 (avtoqol), A.Sove, 86, A.Zeqiri, 88

23 fevral

Kayserispor – Göztəpə 1:0

Qol: D.Nazon, 44

Alanyaspor – Adana Demirspor 3:2

Qollar: A.Kurtulan, 63 (avtoqol), F.Haderqyonaj, 68 (pen.), Y.Özdemir, 90 – Y.Barasi, 33, 37

Trabzonspor – Qaziantep 3:2

Qollar: S.Banza, 45+2, 58, E.Viska, 45+6 – S.Güler, 77, A.Maksim, 85 (pen.)

24 fevral

Qalatasaray – Fənərbağça 0:0