“Beşiktaş”ın zədəli futbolçusu Qabriel Paulistanın son durumu məlum olub.
Futbolpress.az xəbər verir ki, braziliyalı müdafiəçi 2,5 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə “TRT Spor” məlumat yayıb.
Paulista “Beşiktaş”ın Avropa Liqasında “Makkabi” (Təl-Əviv, İsrail) ilə oyununda (1:3) zədə almışdı.