Türkiyənin “Beşiktaş” klubunda baş məşqçi Covanni van Bronxorstun postu təhlükədədir.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi mütəxəssisin işindən narazıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Rəhbərlik Covanni ilə görüşüb və ona iki oyunluq şans verib.
“Beşiktaş” növbəti oyunlarda xal itirəcəyi halda, mütəxəssislə yollar ayrılacaq.
“Qara qartallar” son 4 oyunda cəmi 1 xal qazanıb. Komanda son olaraq Super Liqada azarkeşləri önündə “Göztepe”yə uduzub – 2:4.
“Beşiktaş” Super Liqada 12 turdan sonra 21 xalla 6-cı sıradadır.