Türkiyənin “Beşiktaş” klubu futbolçusu Fransisko Montero ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Montero 2020-ci ildən “Beşiktaş”da çıxış edirdi. O, Super Liqada 33 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.