“Yuventus”dan ayrılacağı gözlənilən Federiko Kyeza Türkiyədən bir klubun diqqət mərkəzinə düşüb.
Futbolpress.az xəbər verir ki, “Beşiktaş” italiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “TuttoJuve” portalı məlumat yayıb.
Kyeza “Beşiktaş”ın marağına baxmayaraq, Türkiyəyə yollanmağa müsbət yanaşmır. O, karyerasını İngiltərədə davam etdirmək arzusundadır.
26 yaşlı futbolçu 2022-ci ildən “Yuventus”da çıxış edir. O, “qoca sinyora” ilə 131 oyunda 32 qol vurub, 23 məhsuldar ötürmə edib.