“Beşiktaş” tanınmış futbolçu üçün hərəkətə keçdi

MLS təmsilçisi “Toronto”da çıxış edən Lorenso İnsinye karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” 33 yaşlı cinah oyunçusunu transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubun yeni məsləhətçisi Bred Fridel ölkəsindən ilk transferini reallaşdırmaq üzrədir.

ABŞ-dən olan funksioner MLS-dəki əlaqələrini işə salaraq, İnsinyeni “Beşiktaş”a gətirmək istəyir.

“Napoli”dəki çıxışı ilə daha çox tanınan İnsinye ötən mövsüm “Toronto”da 10 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.