“Beşiktaş” “Roma”nın futbolçusuna “elçi düşdü”

“Roma”nın futbolçusu Zeki Çelik karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sözcü” nəşri məlumat yayıb. Cinah müdafiəçisi “Beşiktaş”ın diqqət mərkəzinə düşüb. İstanbul klubunun qısa zamanda İtaliya klubu ilə danışıqlara başlayacağı bildirilir.

28 yaşlı müdafiəçi bu mövsüm 41 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.