Viktor Hüqo darmadağının iştirakçısı oldu

Türkiyə Super Liqasında XIX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Göztəpə” evdə, “Fənərbağça” səfərdə qələbəyə sevinib.

“Trabzonspor” rəqibini 5 cavabsız qolla darmadağın edib. Minimal hesablı qələbəyə sevinən “Qalatasaray” isə liderliyini qoruyub.

Turun açılış günündə üç matç baş tutub. “Samsunspor”la “Rizespor” səfərdə “Beşiktaş” isə evdə minimal hesablı qələbə qazanıb. “Qara-qartallar” bu qələbə sayəsində turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

Türkiyə Super Liqası

XIX Tur

11 yanvar

Kayserispor – Samsunspor 0:1

Qol: Marius, 1

Hatayspor – Rizespor 1:2

Qollar: B.Boutobba, 23 – L.Dyak, 11 (avtoqol), R.Qezzal, 63 (pen.)

Beşiktaş – Bodrumspor 2:1

Qollar: C.Ndour, 32, C.İmmobil, 40 – G.Puskas, 90+4

12 yanvar

Sivasspor – Alanyaspor 1:1

Qollar: F.Koyta, 29 – S.Kordova, 56

Trabzonspor – Antalyaspor 5:0

Qollar: S.Banza, 21, P.Malheyro, 52, 64, 87, M.Çam, 70

Başakşehir – Qalatasaray 1:2

Qollar: K.Piatek, 53 – B.Yılmaz, 42, 59

Qaziantep – Adana Demirspor 1:0

Qol: D.Okereke

13 yanvar

Göztəpə – Kasımpaşa 5:0

Qollar: D.Tiyaniç, 7, X.Santos, 53, Romulo, 78, V.Hüqo, 86, İ.Köybaşı, 90+3

Konyaspor – Fənərbağça 2:3

Qollar: Pedrinyo, 1, B.Kramer, 44 – M.Müldür, 14, Ç.Söyüncü, 25, D.Tadiç, 60