Türkiyənin “Beşiktaş” klubu yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir.
Furbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, İstanbul nəhəngi İspaniyanın “Atletiko Madrid” klubunda forma geyinən 29 yaşlı argentinalı hücumçu Anxel Korrea üçün danışıqlar aparmağa başlayıb. Madrid klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan Korreanın ilkin olaraq icarə əsasında heyətə cəlb edilməsi müzakirə edilir. “Qara qartal”ın bir digər seçimi isə niderlandlı forvard Stiven Berqveysdir. “Ayaks”la bir illik müqaviləsi qalan futbolçunun keçidi daha real görünür. Ötən mövsüm Niderland klubunda 29 oyuna çıxan Berqveys 8 qol və 10 məhsuldar ötürmə müəllifi olub.