“Beşiktaş” yarımmüdafiəçisi Gedson Fernandesi qış fasiləsində Rusiya Premyer Liqası klublarına satmaqdan imtina edib.
Futbolpress.az xəbər verir ki, İstanbul klubu transferi daha sərfəli şərtlərlə həyata keçirmək üçün yayda bu məsələyə qayıtmaq niyyətindədir.
Xatırladaq ki, Fernandes 2022-ci ilin iyulunda 6 milyon avroya “Benfika”dan “Beşiktaş”a keçmişdi. Razılaşmaya əsasən, “qartallar” oyunçunun sonrakı satışlarının 50%-ni almalıdır. “Beşiktaş” faiz müddəasına yenidən baxılması üçün “Benfika” ilə danışıqlara başlamaq niyyətindədir.
Bu mövsüm Fernandes bütün turnirlərdə 33 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə edib və 5 sarı vərəqə alıb.
“Transfermarkt” 26 yaşlı mərkəz yarımmüdafiəçisini 17 milyon avro dəyərində qiymətləndirir.