“Beşiktaş” futbolçusu Omar Kollini satıb.
Futbolpress.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Yunanıstan təmsilçisi PAOK-a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qambiyalı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Omar 2023-cü ilin fevralından “Beşiktaş”da çıxış edirdi. O, Super Liqada bu mövsüm 2 oyunda forma geyinmişdi.