Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts “İctimai TV”yə müsahibə verib.
Futbolpress.az xəbər verir ki, 77 yaşlı mütəxəssis “Qarabağ”dan və Azərbaycan xalqından da söz açıb:
“UEFA-nın klub turnirlərində hər zaman gözüm “Qarabağ”ı axtarır. “Qarabağ”ın baş məşqçisi var idi… Qurban Qurbanov. Azərbaycanda işlədiyim vaxt çox yaxşı illər idi. Azərbaycanlıları çox bəyənirəm. Mən orada Almaniyadan olan yox, elə Azərbaycandan olan baş məşqçi kimi çalışırdım. Azərbaycanlıların mənə münasibəti çox gözəl idi. Jurnalistlərin də həmçinin”.
Foqts 2008-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib.