Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Sabah” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
“Uşaqlar sona dəqər döyüşdülər və mübarizə apardılar. 11 nəfərə yox, 11 futbolçu və əlavə 3 də hakimlərə qarşı oynadıq. Sanki VAR-da hakim yoxdur. Oyun barəsində bu qədər danışa bilərəm, vəssalam”.
Mütəxəssis bu sözlərdən sonra mətbuat konfransı otağını tərk edib.
Mirkamal Kazım