Azərbaycan Premyer Liqasının XVIII turunun “Şamaxı” – “Sabah” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Yaxşı oynamadıq. Qarşıda fasilə var. Çox çətin işlərimiz olacaq. Mövsümün ikinci dövrəsinə daha yaxşı hazırlaşmalıyıq.
– Ən çox nəyi dəyişmək istəyirsiniz?
– Müəyyən rəsm var və ona uyğun işlər görəcəyik. Aqressivliyi daha artırmaq istəyirik.
– Məğlubiyyətdə həlledici məqam nə oldu?
– “Şamaxı”nın əks-hücumları çox uğurlu alındı. Boşluqlarımızı bağlaya bilmədik və məğlub olduq. Əlavə olaraq, sadə səhvlərə yol verdik.
– Məğlubiyyəti sakit qəbul edirsiniz. Həyatda da beləsiniz, yoxsa artıq nəyisə dəyişməyəcəyinizi bildiyiniz üçün sakitsiniz?
– 5 əvəzetmə etdik. Lakin standart vəziyyətdən buraxdığımız qoldan sonra toparlana bilmədik. Bizə yaraşmadı, amma nə etmək olar.
– “Şamaxı” ilə oyunlarda çox xal itirmisiniz…
– Statistikaya baxmamışam. Burda oynamaq çətindir.
– Murad Musayevin Bakıya gəlişi zamanı onunla komanda haqda məlumatlar aldınızmı?
– Danışdıq, bəzi məlumatlar aldıq. Amma oyunlardan sonra indi komanda haqda daha informasiyalıyam.
Şahin Cəfərov