Berezutski: “Heç bir hörmətsizlikdən söhbət gedə bilməz“

Azərbaycan Premyer Liqasının XXIX turunun “Sabah” – “Kəpəz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Pis oynadıq. Meydanda döyüşməyəcəyiksə, bizdən aşağı olan komandalara qarşı həmişə belə nəticələr olacaq. Meydanda daha çox can qoymalısan.

– Kubok oyunundan sonra mətbuat konfransını yarımçıq tərk etdiniz. Mediaya hörmətsizlik etdiyinizi düşünmürsünüz?
– Futbol emosiyalar oyunudur. Burda heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Matç haqda çoxlu söhbətlər oldu. Keçmiş kapitanımız Elvin Camalov çox qeyri-peşəkar davranış sərgiləmişdi.

– “Turan Tovuz”la xal fərqini azaltmağa yaxşı imkan var idi. Bu şansı qaçırdınız. 4-cü yer üçün mübarizəni davam etdirmək üçün nə etməlisiniz?
– Hər oyunu udmalıyıq. Bu cür kökləməklə çətin olacaq. Bir ayaqla kiməsə qalib gəlmək olmaz.

Şahin Cəfərov