“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunda “Turan Tovuz”a qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib:
“İlk öncə futbolçularıma təşəkkür etmək istəyirəm. Onlar bu gün xarakter nümayiş etdirdilər. Oyun çox çətin alındı. Bunda süni örtükdə oynamağımızın da rolu oldu. Buna rəğmən, komanda bu çətin matçdan qalib ayrılmağı bacardı. Bu mərhələni adlamaq bizim üçün çox vacib idi. “Turan Tovuz”un ağır zədə alan futbolçusu Denis Marandiçinin tezliklə sağalmasını diləyirəm”.