Berezutski: “Ayağa qalxmaq lazımdır”

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Kəpəz” – “Sabah” matçından (3:2) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlıfikirlərini bildirdi…

– Əgər belə səhvlər edib, qollar buraxacayıqsa, qalib gəlmək çətindir. Belə vəziyyəti şərh də edə bilmirəm. Çox üzücüdür.
Rəqib bu gün daha çox pressinq edirdi və həvəsli idi.

– Düşünürsüzmü ki, həmin həvəs sizin oyunçularda yox idi?
– Deyə bilərəm ki, biz istəklə oyunu uduzmadıq. Azlıqda qalmağımıza rəğmən qol epizodlarımız oldu. Sadəcə uğur bu dəfə bizimlə olmadı.

– Qış fasiləsindən sonra mümkün 9 xaldan sadəcə 2 xal yığa bilmisiz. Qarşıdakı oyunlarla bağlı nə düşünürsüz?
– Bəli, bu hallarla özümüzü çətinə saldıq. Qarşıda bizi daha çətin rəqiblər gözləyir. Ona görə də burdayıq. Çalışacayıq ki, daha yaxşı oyun sərgiləyək.

– Yeni qapıçınız Stas Pokatilov haqda nə düşünürsüz? Növbəti oyunlarda onu meydanda görə bilərik?
– Əlbəttə, o hazırlaşır. Qış fasiləsindən sonra bizə qoşulub. Biz bu barədə qapıçılar üzrə məşqçilərlə müzakirə aparacayıq. Ondan sonra qərarımızı verəcəyik.

– Komanda uzun müddətdir ki, qələbə qazana bilmir. Bu durum haqda nə düşünürsüz?
– “Neftçi”ylə matçımız heç-heçəlik idi. “Sumqayıt”la görüşdə də bir çox qol epizodları yaratdıq, amma yararlana bilmədik. “Kəpəz”lə oyunda da buraxa biləcəyimiz bütün qolları buraxdıq.

– Demək olar ki, çempionatda ilk yerlərə yüksəlib, avrokuboklara getmək şansınız daha çətindir. Artıq ölkə kuboku yoluyla avrokuboklara vəsiqə qazanmağınız daha real deyilmi?
– Əlbəttə, kubok qazanaraq avrokuboklara vəsiqə qazanmaq önəmlidir. Amma çempionat oyunlarını unutmayacayıq.

– “Kəpəz”lə aranızdakı statistikanıza baxdıqda, bu klubdan ilk məğlubiyyətinizi aldız. Nə hislər keçirirsiz?
– Həddən artıq məyusuq. Amma ayağa qalxmaq lazımdır. Futbol meydançasında sübut etmək lazımdır ki, bu, sadəcə təsadüf idi.

Mirkamal Kazım