Mahaçqala “Dinamo”sunun qapıçısı David Volk komandanın keçmiş baş məşqçisi Kurban Berdıyev haqda danışıb.
Futbolpress.az xəbər verir ki, o, hazırda “Turan Tovuz”a rəhbərlik edən mütəxəssis haqda bunları deyib:
“Berdıyev “Dinamo”da həm də prezidentin müşaviri idi və klubda müəyyən rol sahibi idi. İndi başqa klubdadır və işinə köklənib. Berdıyev kifayət qədər sərt və çox nüfuzlu biridir. Eyni zamanda inanılmaz mehriban və futbolçulara qarşı qayğılıdır. Onunla ünsiyyətə girməkdən qorxmamışıq. Ona böyük hörmətimiz olub və Berdıyevin həmişə xoşbəxt olmasını istəmişəm”.