Berdıyev “Zirə” ilə oyundan nələr dedi?

Azərbaycan Premyer Liqasının XVII turunun “Zirə” – “Turan Tovuz” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Fikirləşirəm ki, gərgin oyun oldu. Küləyi nəzərə alsaq, müəyyən çətinlik çəkirdik. Məncə, oyun qola qədər davam edəcəkdi. Qol olmadığına görə hesabı qanunauyğun saya bilərik.

– İlin sonuna yaxın komandanı oyunlara kökləmək çətin deyil?

– Xeyr. Bu mənada heç bir problem yoxdur. Uşaqlar oyunlara həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hazırlaşırlar.

– Qışda heyətə cəlb etmək üçün bəyəndiyiniz futbolçular var?

– Bütün komandalar kimi təbii ki, planlarımız var. Amma hələ konkret bir şey yoxdur.

– Oyun ərzində dəyişiklik etməməyinizin səbəbi nə idi?

– Hamı yaxşı oynadı. Buna görə də ehtiyac yox idi.

Şahin Cəfərov