Berdıyev: “Yoruldum bunu deməkdən”

Azərbaycan Premyer Liqasının XXII turunun “Sabah” – “Turan Tovuz” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– İkinci hissənin ilk 15 dəqiqəsində toparlana bilmədik və 2 qol buraxdıq. Sonradan vəziyyəti dəyişmək alınmadı.

– Xəyal Nəcəfov və Ayxan Hüseynovun oyuna gec daxil olmasının səbəbi nə idi?

– Tez dəyişiklik edə bilərdik. Sadəcə qərarım belə oldu.

– Rəqib sizə nədə sürpriz etdi?

– İkinci toplarda uduzduq. İkinci qol zamanı hakimlə mübahisə oldu. Rəhimin butsu çıxmışdı, amma qayda pozuntusu qərarı verilmədi.

– İdarəçilikdən razı qaldız?

– Nəsə deyəcəm, nəsə dəyişəcəksı, başqa məsələ. Amma dəyişməyəcəksə, mənası yoxdur. Yoruldum bunu deməkdən. Joarlimi əllə saxlayırlar, amma hakim oyunu dayandırmır.

Şahin Cəfərov