Mahaçqala “Dinamo”sunun qapıçılar üzrə məşqçisi Yevgeni Şetinin karyerasını Azərbaycanda davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 28 yaşlı mütəxəssis bundan sonra “Turan Tovuz”da işləyəcək. Bu barədə “Dinamo”nun mətbuat xidməti məlumat yayıb. Yevgeni bölgə təmsilçisində qapıçılar üzrə məşqçi vəzifəsinə təyin olunub.
Daha əvvəl “Dinamo”nu çalışdıran Kurban Berdıyev “Turan Tovuz”a baş məşqçi təyin edilib və onunla 2+1 illik müqavilə imzalanıb.