Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– İki kəlmə deməli olsam, uşaqlara canfəşanlıqlarına və intizamlarına görə təşəkkür edirəm. “Qarabağ”a “Dinamo” (Zaqreb) ilə oyunlarda uğurlar arzu edirəm. İnanıram ki, turu keçəcəklər.
– Bu gün nəticədən razı qaldınız?
– Əlbəttə. “Qarabağ” Azərbaycan futbolunun flaqmanıdır və onları məğlub etdik. İki fərqli heyətləri var və çox güclüdürlər. Nəticədən razı qalmamaq mümkün deyil.
Şahin Cəfərov