Azərbaycan Premyer Liqasının VIII turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Düşünürəm ki, hesab ədalətli oldu. Son dəqiqədə qol vurmağımıza baxmayaraq, hesab oyuna görə oldu.
– Əsas heyətin bir neçə oyunçusu ehtiyatda qalmışdı. Bunun xüsusi səbəbi var idi?
– Millerin yüngül zədəsi var idi. Şəfiyev və digər oyunçunu daha yaxşı gördük deyə, oynamaq imkanı yaratdıq.
– Standart vəziyyətlərdə yerinizi köməkçi məşqçiyə verirdiniz. Bu taktikanı əvvəlki komandalarda da tətbiq edirdiniz?
– Bəli. Əvvəlki komandalarda da belə hallar baş verirdi.
– Qapıçı dəyişikliyi İvan Konavolovun ötən oyundakı səhvi ilə bağlıdır?
– Məşqdə kim özünü yaxşı göstərirsə, o da oynayır. Hər dəfə məşqlərdə daha yaxşı olan meydana çıxacaq.
– Üç oyundur, qələbə qazana bilmirsiniz. Komanda enişdədir?
– Xeyr, eniş olduğunu düşünmürəm. Nəticə bizi qane etmir, amma eniş deyil.
Şahin Cəfərov