Berdıyev: “Çətin mübarizə oldu“

Azərbaycan Premyer Liqasının XXIV turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb…

”Çətin oyun oldu. Meydançada şərtlər uyğun olmasa da hər iki komanda üçün eyni idi. Asan deyildi. Çox çətin mübarizə oldu. Həm qələbəyə, həm də uşaqların göstərdikləri xarakterə görə çox şadam. Hər iki tərəfin müəyyən imkanları oldu. Şükürlər olsun ki, qələbə qazandıq”.