Azərbaycan Premyer Liqasının XI turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Mövsümün ən pis oyunlarından birini keçirdik. Oyunun əvvəlini istisna edə bilərik. Şükürlər olsun, qələbə qazandıq. Lakin futbolçulara dedim ki, bu oyundan nəticə çıxarmalıyıq. Belə davam edə bilmərik.
– Qələbədə bəxtinizin gətirdiyini deyə bilərik?
– Bəli.
– Rəqib autsayder idi. Buna görə rahatlıq var idi?
– Xeyr, ola bilməz. Oyunun əvvəlində daha diqqətli idik. Uşaqlar fikirlərini oyuna vermişdilər. Matçdan öncə oyunçulara dedim ki, “Kəpəz” layiq olduğu yerdə deyil. Onlar yaxşı oynayır, ancaq bəxtləri gətirmir.
– Xəyal Nəcəfov sanki milliyə çağırılandan sonra əsas heyətdəki yerini itirib…
– Razıyam. Mövsümün əvvəlində komandanın liderlərindən idi. Ancaq yığmaya çağırılandan sonra o və Şəhriyar Əliyevin durumu yaxşı deyil. İkinci çağırışdan sonra yenə fiziki baxımdan eniş yaşayırlar. Şəhriyar daha yaxşı vəziyyətə gəlir, amma Xəyalda durum özü ilə bağlıdır. Onun şəxsi problemləri də var. Buna görə təəssüflənirik, amma kömək etməyə də çalışırıq.
Şahin Cəfərov